“Gülüstan”poeması

        Noyabrın 14-də "Azərbaycan dili və ədəbiyyat aylığı " çərçivəsində 8"c" sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Cavadova açıq dərs keçdi. Dərsin mövzusu Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması idi. Səadət xanım dərsi tarix fənni ilə əlaqələndirərək Gülüstan müqaviləsinə aid maraqlı motivasiya qurdu. Motivasiyaya uyğun şagirdlər Gülüstan müqaviləsinə aid biliklərini nümayiş etdirdilər. Dərs zamanı Gülüstan müqaviləsinə əsasən Azərbaycanın iki yerə parçalanmasından və Azərbaycanın tarixi faciəsindən danışıldı. "Bəzz qalası nə ilə yadda qalmışdır?" sualı ətrafında müzakirələr aparıldı. Şagirdlər görkəmli şairimiz B.Vahabzadənin “Gülüstan” poemasından verilmiş parçanı oxudular. Müəllim yanaşma əlaqəsi haqqında məlumat verdi. Bədii nümunələrlə yanaşma əlaqəsi mənimsədildi. Şagirdlər III səviyyə əsasında qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi