Dərs dinləmələr davam edir
Bildiyimiz kimi təlimin keyfiyyətinin yüksəldilməsində dərs müşahidəsi ən vacib nəzarət vasitəsidir. Bu baxımdan məktəbin direktoru Rəşad Alcanov hər gün dərslərdə iştirak edir. Belə dərslərdən biri də 14 noyabr tarixində 9 “A” sinfində keçirildi. Məktəbin direktoru 9 “A” sinfinin rəhbəri Sevda Şahmirzəyevanın riyaziyyat dərsini dinləyib. Şagirdlər kvadratik funksiyanın tətbiqi ilə məsələ həll etdilər, qrafikin Ox oxu ilə kəsişmə nöqtəsində funksiyanın qiyməti P(x)=0 olan nöqtələri tapmağa çalışdılar. Sonra keçirilən dərs təhlil olundu. Direktor irad və təkliflərini bildirdi. Dərs dinləmədə direktor müavinləri Natəvan Əliyeva, Zeynəb Vəliyeva və ingilis dili müəllimi Fəridə Məhərrəmova iştirak etdi.
Dərs dinləmənin keçirilməsində məqsəd keçirilən dərsdə şagirdlərin müvafiq fənlər üzrə dərketmə, tətbiqetmə, təhliletmə bacarıqlarını öyrənmək , təlimin keyfiyyətini yüksəltməkdir.