"Sinfin idarəolunması" mövzusunda təlim
Azərbaycan Müəllim İnkişafı Mərkəzi Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində "Sinfin idarəolunması" mövzusunda 24 akademik saatı əhatə edən təlim proqramı hazırlamışdır. Təlim Qaradağ rayonu üzrə Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbdə keçirilir və 4 gün müddətində davam edəcəkdir. Təlim müəllimlərin dərs növbəliliyi gözlənilməklə keçirilir. Proqram yekulaşdıqdan sonra müəllimlər Təhsil İşçilərini Peşəkar İnkişafı tərəfindən yekun qiymətləndirmədən keçərək dövlət nişanlı müvvəfəqiyətlə bitirmə sertifikatı əldə edəcəklər. Proqramla əlaqədar təlimdə Azərbaycan bölməsi üzrə ibtidai sinif müəllimlərimizdən Xumar Feyzullayeva, Vəfa Baxşəliyeva və Lalə Vəliyeva iştirak edirlər.