Dərs dinləmələr

    Noyabrın 1-dən etibarən məktəbimizdə davam edən "Dillər aylığı”nın təşkilində məqsəd tədris keyfiyyətinin artırılmasında rəqabətliyin gücləndirilməsi, ən yaxşı müəllimləri aşkar etmək, qabaqcıl müəllimlərin metodikasını öyrənmək və yaymaqdır. Fənn aylığı çərçivəsində müxtəlif seminarlar, müsabiqələr, açıq dərslər, qarşılıqlı dərs dinləmələr və dəyirmi masalar təşkil edilir.

    Noyabrın 12-də məktəbin direktoru Rəşad Alcanov və direktor müavinləri Natəvan Əliyeva və Zeynəb Vəliyeva 6”A” (Azərbaycan dili və ədəbiyyat Nəzakət Ağayeva) və 6 “B” (Azərbaycan dili və ədəbiyyat Sevda Əliyeva) siniflərində Azərbaycan dili fənnindən dərs dinləmədə iştirak ediblər. Müəllim yeni dərsi izah etdikdən sonra keçilən mövzu ətrafında sorğu-sual etdi. Şagirdlər verilən sorğu - suallarda  fəal  iştirak ediblər. Sonda məktəbin direktoru Rəşad Alcanov keçirilən dərslərdən razılığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi