12 noyabr Konstitusiya günü
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.
Bu 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyası idi.
Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd olunur.
Konstitusiyamız 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.