İngilis dilində listening & speaking bacarıqlarını formalaşdırmaq
Noyabrın 6-da məktəbin ingilis dili müəllimi Fəridə Məhərrəmova 8"C" sinif şagirdlərinə ingilis dili fənnindən nümunəvi dərs keçdi. Dərsdə şagirdlər səslənən mətni dinləyib anlamağa çalışdılar. Dərs zamanı dinlənilən mətn şagirdlər tərəfindən müzakirə olundu. Keçirilən dərsin əsas məqsədi şagirdlərdə mətni dinləmə, dinlənən mənti düzgün anlayıb cavablandırmağı bacarmaq, müxtəlif mövzularda olan mətnləri oxumaq, mənasını düzgün dərk etmək və mətnə aid olan sualları düzgün cavablandırmaq bacarıqlarını formalaşdırmaqdır.