Dillər aylığı
2018-2019-cu tədris ilinin noyabr ayı məktəbimizdə "Dillər aylığı" elan olunub. Aylıq çərçivəsində şagirdlərin fənnlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə açıq dərslər, tədbirlər, viktorinalar, yoxlama tapşırıqlar, məktəbdaxili olimpiada, bilik yarışlarının keçirilməsi nəzərdə tutulub.
Noyabrın 6-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Cavdova 8"C" sinfində maraqlı dərs keçib. Şagirdlər qruplarla iş formasında Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsimi yaradıcılığından qazandıqları bilikləri bir-birlərinə qarşlıqlı sual verərək daha da möhkəmləndiriblər.