İnşa yazı müsabiqəsi
Şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, dövlət atributlarına hörmət və onlarda vətənpərvərlik hissini yüksəltmək, yaradıcı qabiliyyətlərini nümayiş etdirmək və onlarda yazı mədəniyyəti, dil qaydalarına riayət etmə səviyəsini formalaşdırmaq məqsədilə inşa yazı müsabiqəsi keçirildi.
9 Noyabr - Bayraq Günü münasibətilə "Mənim üçrəngli bayrağım" adlı inşa yazı müsabiqəsində V-VIII sinif şagirdləri fəal iştirak etdilər. Daha sonra yazılan inşalar Azərbaycan dili və ədəbiyyat müəllimləri tərəfindən yoxlanıldı.