Sinifdənxaric oxu
Cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən kitabxanamızda şagirdlərin mütaliəyə marağının artırılması və mütaliə vərdişlərinin formalaşdırılması məqsədi ilə növbəti görüş keçirildi. Kitabxanaya ilk dəfə abone olan IV "A" sinif şagirdləri sinif müəlliminin köməkliyi ilə seçdikləri kitabları oxuduqdan sonra müzakirəyə çıxartdılar. Müzakirədə şagirdlər oxuduqları hekayələri, sevdikləri obrazların müsbət və mənfi cəhətlərini müzakirə etdilər.