Listening skills
Xarici dili fənni üzrə şagirdlərin dinləyib-anlama, təhliletmə bacarıqlarını yoxlamaq və inkişaf etdirmək məqsədilə məktəbimizdə dərslər keçirilir. Oktyabrın 25-də məktəbin ingilis dili müəllimi Təhminə Əhmədova 10 "b" sinif şagirdlərinə video material təqdim edib. Şagirdlər təqdim olunan video materialı diqqətlə dinləyərək anlamağa çalışıblar. Xarici dilin daha mükəmməl mənimsənilməsi üçün şagirdlərin dinləyib-anlama bacarığının inkişaf etdirilməsi istiqamətində məktəbimizdə növbəti dərslərin tez-tez təşkil olunması nəzərdə tutulub.