Zərərli vərdişlərdən qorunaq
Müasir dövrdə cəmiyyəti narahat edən və aktuallığı ilə diqqət çəkən problemlərdən biri də zərərli vərdişlərdir. Bu vərdişlərdən qorunmağın ən yaxşı yolu yaxşı vərdişlərə yiyələnməkdir. Zərərli vərdişlərə yiyələnmək adətən erkən yaşlardan başlayır. Bu baxımdan məktəbin və müəllimlərin üzərinə çox böyük yük düşür. Oktyabrın 25-də məktəbimizin psixoloqu Mehriban Quliyeva və UBTR Xalidə İbrahimovanın təşkilatçılığı ilə rəsm müsabiqəsi keçirildi. Əvvəlcə psixoloq şagirdlərə zərərli vərdişlər, infeksion xəstəliklər, onların fəsadları, zərərli vərdişlərdən qorunmağın yolları haqqında məlumat verdi. Daha sonra şagirdlər öz düşüncə və təxəyyülünə uyğun olaraq çəkdikləri rəsmlərdə həyat üçün təhlükəli olan vərdişləri təsvir etdilər. Müsabiqənin keçirilməsində məqsəd məktəbliləri zərərli vərdişlərdən qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaqdır.