Gigiyena və sağlamlıq

        Gigiyena insan sağlamlığına təsir edən başlıca amildir. Buna əməl olunarsa orqanizmə təsir edən bioloji, fiziki, kimyəvi təsirlər neytrallaşır insan sağlamlığı qorunur. Sanitar- gigiyenik qaydalara uyğun tədbirlərin görülməsi vacibdir. Bu məqsədlə oktyabrın 24-də məktəbimizin tibb bacısı Könül xanım sinifləri gəzərək yoxlama və maarifləndirici söhbətlər apardı. O, şagirdlərə gigiyena haqqında məlumat verdi və sağlamlıq üçün şəxsi gigiyenanın vacibliyini vurğuladı. Mütəmadi olaraq əllərin yuyulması, dişlərin gün ərzində ən azı iki dəfə fırçalanması, meyvə və tərəvəzlərin yuyularaq yeyilməsini söylədi.

         Şagirdləri sanitar-gigiyena qaydaları haqqında xəbərdarlıq etmək və bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsində əsas məqsəd gələcəkdə baş verə biləcək yoluxucu xəstəliklərin qarşısını almaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi