"Умники" və "Знатоки"

        Şagirdlərin fənnlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsini öyrənmək, onlarda məntiqi təfəkkürü inkişaf etdirmək məqsədilə "İbtidai sinif aylığı" çərçivəsində keçirilən bilik yarışlarımız davam edir. Oktyabrın 24-də məktəbimizdə III siniflərarası rus bölməsi üzrə keçirilən yarışda "Умники" və "Знатоки" komandaları birinciliyi əldə etmək uğrunda sağlam rəqabət apardılar. "Умники" komandası 15 xalla liderliyi əldə etdi. Yarışda tərbiyə işləri üzrə direktor muavini Cəmilə Nuqrəzadə, Psixoloq Mehriban Quliyeva, UBTR Xalidə İbrahimova, ibtidai sinif müəllimi Nataliya Fabriçnova və sinif müəllimləri iştirak edərək şagirdlərə dəstək oldular. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi