Kitab guşəsi
İnsan təfəkkürünün məhsulu olan- kitab milli sərvətimizdir. Onun dəyərini bilmək, ondan faydalanmaq lazımdır. Kitab ən yaxşı dostdur. O təffəkkürümüzü qidalandırır, bizi şəxsiyyət kimi yetişdirir, dünya görüşümüzü artırır. Bir sözlə kitablar ən yaxşı intellektual istirahətdir.
Bu baxımdan məktəbimizdə kitab guşəsi yaradıldı. Bu guşəyə həm şagirdlər, həm də müəllimlər artıq oxumuş olduqları kitablarını hədiyyə edirlər. Mən inanıram ki, bu aksiyaya tezliklə valideynlər də qoşulacaq. Bu guşəni yaratmaqda məqsəd cəmiyyətimizin gələcəyi olan şagirdlərdə mütaliyəyə marağı artırmaq, onlara kitabı sevdirməkdir.