İngilis dilini "Dinləyib-anlama"
2018-2019-cu tədris ilinin buraxılış imtahanında xarici dil fənni üzrə əsas etibarilə 3 (“Dinləyib-anlama”, “Oxu” və “Yazı”) məzmun xətti üzrə alt standartların yoxlanılması və qiymətləndirilməsi həyata keçiriləcək. “Dinləyib-anlama” məzmun xətti üzrə, əsasən, müraciətlər zamanı sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlədiyi mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq bacarıqları yoxlanılması nəzərdə tutulur. Şagirdlərdə dinləyib - anlama bacarığını inkişaf etdirmək, ingilis dilinin mənimsənilməsini daha da təkmilləşdirmək məqsədilə məktəbimizin ingilis dili müəllimi Fəridə Məhərrəmova linqafon otağında 9b sinfinə dərs keçdi. Şagirdlər əvvəlcə mətni dinlədilər,daha sonra dinlədikləri mətni təkrar etdilər.