Azərbaycan milli rəqsləri
Oktyabrın 19-da ibtidai sinif müəllimi Ayşə Rəcəbova musiqi fənnindən 2 "B" sinfində açıq dərs keçdi. Dərsin mövzusu "Sarı Alma" rəqs janrı idi. Şagirdlər "Turacı" və "Köçəri" Azərbaycan xalq rəqslərinin sədaları altında rəqsin ritminə uyğun olaraq hərəkət etdilər. Fənn müəllimi Azərbaycan xalq rəqsi haqqında danışdıqdan sonra rəqslərin fərqli və oxşar cəhətlərini izah etdi. Sinif şagirdlərindən Rzazadə Nuray, Ramazanlı Nəzrin, Quluzadə Xədicə, Ağayeva Aylin "Şal-şalı" rəqsini milli paltarda rəqs etdilər. Daha sonra şagirdlər qruplara ayrıldı. Venn diaqramında "Köçəri" və "Turacı" rəqslərinin oxşar və fərqli cəhətlərini tapdılar. Qrup liderləri öz işlərini təqdim etdilər. Sonra sinif müəllimi Rəşid Şəfəqin "Payız" mahnısını şagirdlərə öyrətdi və şagirdlər çox gözəl ritmik səslə həmin mahnını ifa etdilər. Nəticədə şagirdlər başa düşdülər ki, rəqslər formalarına görə müxtəlif olur. Sonda şagirdlər oynadıqları rəqsə və apardıqları işlərə görə qiymətləndirildi. Dərsdə iştirak edən təlim tərbiyə işləri üzrə direktor müavini Zeynəb Vəliyeva və musiqi müəllimi Bəsti Sadıqova dərs prosesini qənaətbəxş hesab etdilər.