Azərbaycan dili fənnindən II siniflərarası bilik yarışı

       Oktyabrın 19-da təlim tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Cəmilə Nuqrəzadənin təşkilatçılığı ilə növbəti intellektual oyun keçirilib. Yarışda məktəbin II sinifləri üzrə 7 komanda iştirak edib. Komandalar qalib olmaq uğrunda güclü mübarizə aparıb. Azərbaycan dili fənnindən aparılan mübarizədə "Zəka","Elm","Bilik", "Nur" komandası bərabər hesabla I yeri qazanıblar.

        İntellektual oyunun keçirilməsində məqsəd şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi,asudə vaxtlarının səmərəli təşkili və onların arasında biliyin nüfuzunu artırmaqdır. Yarışda UBTR Xalidə İbahimova, Zeynəb Vəliyev, psixoloq Mehriban Quliyeva və sinif müəllimləri və şagirdlərin valideynləri iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi