"Azərbaycanın Dövlət Müstəqilliyi günü”

Azadlığı istəmirəm, zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,
İstəyirəm səma kimi, günəş kimi, cahan kimi!
Çəkil, çəkil ey qəsbkar, mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq, mən ümmanlar təşnəsiyəm!”
                                                 Xəlil Rza Ulutürk


        Məktəbin Azərbaycan dili müəllimi Səbinə Allahverdiyeva oktyabrın 18-i 5 "Ç" sinfində "Azərbaycanın Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş nümunəvi dərs keçdi. Xəlil Rza Ulutürkün şeirini səsləndirdikdən sonra  Səbinə xanım şagirdlərə bu günün xalqımızın tarixində ən önəmli gün olduğunu, xalqımızın azadlıq və müstəqillik yolunda keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçdiyini nəzərlərinə çatdırdı. Daha sonra şagirdlər video çarxlar izlədilər, müstəqillik gününə aid şeirlər səsləndirdilər, əlamətdar günlə əlaqədar çəkdikləri rəsmləri nümayiş etdirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi