Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü
Oktyabrın 18-də məktəbimizin kitabxanasında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edildi. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. VII sinif şagirdlərinin iştirak etdiyi dəyirmi masada şagirdlərə Müstəqillik Günü ilə əlaqədar suallar verildi. Sual cavabda fəal iştirak edən şagirdlər azadlığın ən müqəddəs , ən dəyərli nemət olduğunu vurğuladılar. Müstəqillik günü ilə əlaqədar video çarxlar izlədilər. Dəyirmi masada Kitabxana müdiri Firəngül Əliyeva, kitabxanaçı Xalidə Nəsirova, təlim tərbiyə işləri üzrə direktor müavini Cəmilə Nuqrəzadə, psixoloq Mehriban Quliyeva, UBTR Xalidə İbrahimova iştirak etdilər