"Azərbaycan müstəqilliyinin bərpası"
Oktyabrın 18-də 7 a sinfində Nuridə Nəcəfova "Azərbaycan müstəqilliyinin bərpası" mövzusundan dərsdənkənar görüş keçirdi. Nuridə Nəcəfova çıxış edərək qeyd etdi ki, 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında bəyənnamə qəbul edilmişdir.
27 il bundan əvvəl Azərbaycan Respublikası Ali sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında " Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edilmişdir. 1918-ci il yaranan AXC-nin müstəqilliyinə 1920-ci ildə son qoyulmuşdur. 1991-ci il 18 oktyabrda dövlətçiliyimiz yenidən bərpa oldu.
Dövlətimizin bayrağı, himni, gerbi, təsdiq olundu. Şagirdlərin hər biri çıxış edərək dövlətimizin müstəqilliyi haqqında, vətənimiz haqqında çıxışlar etdilər.
Görüşün keçirilməsində məqsəd şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissini aşılamaqdır.