"Qalıqlı bölmə "mövzusunda açıq dərs
16 oktyabr tarixində məktəbin ibtidai sinif müəllimi Səlimxanova Nuranə ibtidai siniflərin aylığı çərçivəsində 3"d" sinifində riyaziyyat fənnindən “Qalıqlı bölmə” mövzusunda açıq dərs keçdi. Qalıqlı bölmənin mahiyyətini başa salaraq onu real həyatla əlaqələndirdi. Şagirdlər Qırmızı papağın məsələsini həll etmək üçün qruplara bölündülər. “Bölünən”, “Bölən”, Qismət”, “Qalıq” adlı qruplar adı altında tapşırığı yerinə yetirdilər. Qrup halında yerinə yetirilən tapşırıqlar şagirdlər tərəfindən müzakirə olundu. Dərsdə məktəbin ibtidai siniflər üzrə təlim tərbiyə işləri üzrə direktor müavini Zeynəb Vəliyeva iştirak etdi.