Məktəbəhazırlıq qrupu

        1 oktyabr 2018-ci il tarixindən fəaliyyətə başlayan məktəbəhazırlıq qruplarımızın məşğələləri davam edir. İlk gün ağlayaraq gələn uşaqlar müəllimlərimizin göstərdiyi nəvaziş və sevgi hissləri nəticəsində sevinc hissiylə və həvəslə dərslərə gəlirlər. Artıq uşaqlar bağça mühitindən çıxaraq məktəb mühitinə adaptasiya olmağa başlayıblar. 5 yaşlı uşaqların məktəbə cəlb edilməsində məqsəd uşaqların əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.Məktəbəhazırlıq təhsili ibtidai təhsilə keçidi asanlaşdırır və uşağın ibtidai təhsilə adaptasiya olunmasına müsbət təsir edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi