100 dairəsində toplama
Məktəbin illik fəaliyyətinin 1.1.1.8 bəndinə uyğun olaraq şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, məntiqi təfəkkürünün inkişafı üçün məktəbimizdə fənn aylıqları davam edir. Aylıq çərçivəsində təqdimatlar, viktorinalar və intellektual oyunlar, açıq dərslər keçirilir. Tədrisin keyfiyyətinin artırılmasında rəqabətliliyin gücləndirilməsi, qabaqcıl müəllimlərin metodikasının öyrənilməsi məqsədilə qarşılıqlı dərs dinləmələr təşkil edilir. Oktyabrın 15-də 2b sinfində sinif müəllimi Ayşə Rəcəbova riyaziyyat fənnindən "100 dairəsində toplama" mövzusunda açıq dərs keçdi.