Sağlam rəqabət
Oktyabrın 15-də şagirdlərin təhsilə marağının artırılması, onlar arasında sağlam rəqabət mühitinin formalaşdırılması məqsədi ilə məktəbimizin akt zalında növbəti bilik yarışı keçirildi. Azərbaycan dili fənnindən siniflərarası təşkil edilən yarışda 3 komanda mübarizə apardı. Şagirdlər xüsusi fəallıq və sağlam rəqabət hissi ilə sonuna qədər qalib olmaq üçün yarışdılar. "Elm" və "Bilik" komandası eyni hesabla I oldular. "Zirvə" komandası 1 xalla 2-ci pillədə yerləşdi.