Açıq dərs
Ibtidai sinif müəllimi Maisa Razaxanova aylıq çərçivəsində 4"i" sinifində Səməd Vurğunun“ Dağlar ” şeirindən açıq dərs keçdi. Dərs zamanı qruplara bölünən şagirdlər verilən tapşırıqları yerinə yetirdi. Şairin həyat və yaradıcılığı ilə tanış oldular. Şeirlər səsləndirdilər, “Dağlar” nəğməsini ifa etdilər. Dərsdə məktəbin ibtidai siniflər üzrə təlim tərbiyə işləri üzrə direktor müavini Zeynəb Vəliyeva iştirak etdi.