Xaqani Şirvani Gənclərə nəsihət

      Oktyabr ayının 12-də Azərbaycan dili müəllimi Səadət Cavadovanın təşkilatçılığı ilə 8c sinfində Xaqani Şirvaninin “Gənclərə nəsihət” şeirinə həsr olunmuş açıq dərs keçirilib. Xaqani Şirvani ədəbiyyatımıza ilk epik məsnəvi, həmçinin fəlsəfi qəsidələr yazmış şair, saray şairi olmasına baxmayaraq, saray həyatına qarşı cəsarətlə çıxış edən şair kimi daxil olmuşdur. Dərsdə Xaqani Şirvaninin Azərbaycan ədəbiyyatındakı əvəzsiz xidmətlərindən söz açıldı. Xaqaninin lirik əsərləri, xüsusilə insan mənəviyyatını yüksəldən, saf eşqi, məhəbbəti, vəfa və sədaqəti tərənnüm edən qəzəllərindən bəhs olundu. Şagirdlər şairin həyat və yaradıcılığından bəhs etdikdən sonra şeirin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh etdilər, şeirlə bağlı fikirlərini ifadə etdilər. Şairin şeirlərindəki ictimai fikirlər müzakirə olundu. Söylənilən fikirlər sübut etdi ki, şagirdlər Xaqani yaradıcılığına daha dərindən bağlıdırlar, onun nəsihətlərindən özlərinə örnək götürürlər. Səadət Cavadovaya şagirdlərin dünya görüşlərinin, Azərbaycan ədəbiyyatına marağı artırılmasında, şagirdlərin motivasiyasının yüksəldilməsində göstərdiyi xidmətə görə təşəkkür edirik. Dərsdə Azərbaycan dili müəllimi Nəzakət Ağayeva iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi