Payızın sehrli rəngləri

        Məktəbin fəaliyyət planına uyğun olaraq ibtidai sinif müəllimi Ayşə Rəcəbova 2"b" sinifində “Payızın sehrli rəngləri ” mövzusunda açıq dərs keçdi. Məqsəd mənzərə janrını tanımaq, rəngli karandaş və flamastr ilə payız fəslini təsvir etmək, payızın sehrli rəngləri, füsunkar gözəlliyi ilə şagirdləri tanış etməkdir. Dərs zamanı şagirdlər qruplara bölündü və tapşırıqlar verildi. Şagirdlər tapşırığa başlamazdan əvvəl," kompozisiya "anlayışını oyun və tapmaca vasitələri ilə tapdılar. Rəssam işlərindəki kompozisiyanı müzakirə etdilər. Təsvir etdikləri işlərini təqdim etdikdən sonra şagirdlər payız fəslinə aid şeirlər, atalar sözləri və tapmacalar söylədilər. Dərsdə məktəbin ibtidai siniflər üzrə təlim tərbiyə işləri üzrə direktor müavini Vəliyeva Zeynəb iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi