II siniflərarası riyaziyyat fənnindən bilik yarışı
Şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması ,məntiqi təfəkkürünün inkişaf etdirilməsi məqsədilə məktəbdaxili II siniflər arasında riyaziyyat fənnindən bilik yarışı keçirildi. Komandalar " Şahinlər", "Nur", "Zəka", "Zirvə", "Elm", "Savad" adı altında mübarizəyə qoşuldular. I yerə "Elm" qrupu 20 balla yerləşdi. "Zirvə" -15 , "Şahinlər" və "Zəka" komandası 14 balla eyni yeri tutdular.