Zərərli vərdişlərlə mübarizə
Oktyabrın 12-də məktəbin akt zalında yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyllərinin, hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması, sanitar-gigiyena rejiminin gözlənilməsi ilə əlaqədar tədbir keçirilib. IX sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə məktəbin psixoloqu Mehriban Quliyeva və tibb bacısı Mehdiyeva Könül çıxış edərək zərərli vərdişlərdən qorunmaq və onlarla mübarizə aparmaq yollarından bəhs ediblər. Mehriban xanım şagirdlərin ünvanladıqları bütün sualları cavablandırıb.