Gülüstan müqaviləsindən 205 il ötür

1813-cü ilin 12 oktyabr tarixində Gülüstan müqaviləsi imzalanmışdır. Azərbaycanı bölən sənədin imzalanmasından 205 il ötür. Gülüstan müqaviləsi Rusiya İmperiyası ilə Qacarlar dövləti arasında imzalanmış və tarixi Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən I müqavilədir. Müqavilə Dağıstanın, Gürcüstanın, bu günki Azərbaycan Respublikasının əksər hissəsinin və hal hazırki Ermənistan Respublikasının şimal torpaqlarının Rusiya imperiyasına keçməsini rəsmiləşdirdi. Bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazın əksər hissəsi Rusiya imperiyasının hakimiyyəti altına keçdi. Məktəbin tarix müəllimi Maliki Məlahət 11 a sinfində məhz bu mövzuda açıq dərs keçirdi. Dərsin keçirilməsində məqsəd bu günki tarixi şagirdlərə xatırlatmaq, tarixi hadisələrə düzgün rəy vermək bacarığını formalaşdırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi