İnformasiya modeli
Oktyabrın 11-də məktəbin riyaziyyat müəllimi Gülarə Qəhrəmanova informatika fənnindən 5 B sinfində nümunəvi açıq dərs keçdi. Dərsin mövzusu "İnformasiya modeli" idi. Şagirdlər "Şahin", "Aslanlar", "Bozqurd", "Qartal" qruplarına bölündülər. Dərs müddətində onlar obyektin informasiya modelini izah etdilər və növlərini fərqləndirdilər. Şagirdlər informasiya modelinin növlərini nümunələrlə şərh etdilər. Həmçinin onlar dərsdə öz hazırladıqları maketləri təqdim etdilər. Hazırladıqları maketlərə əsasən şagirdlərin gələcəkdə bundan da yüksək səviyyədə nəticə göstərəcəkləri artıq indidən özünə biruzə verir. Şagirdlərin təlim və tərbiyəsində göstərdiyi əməyə görə Gülarə Qəhramanovaya və 5 b sinfinin şagirdlərinə hazırladıqları gözəl işlərinə görə təşəkkür edirik. Şagirdlərimizə uğurlar arzu edirik.