İntellektual oyun
Məktəbin fəaliyyət planına uyğun olaraq ibtidai siniflərin aylığı çərçivəsində 11 oktyabr tarixində III siniflər arasında“Breyn-Rinq” keçirildi. Təşkil olunan oyunda 5 komanda liderlik uğrunda mübarizə aparırdı. Oyun ərzində bütün komandalar fəal iştirak etdi. Sonda oyunu "Elm" və "Bilik" komandaları bərabər hesabla bitirdilər. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Nuqrəzadə Cəmilə, direktor müavini Zeynəb Vəliyeva, Psixoloq Quliyeva Mehriban , UBTR Xalidə İbrahimova və sinif müəllimləri iştirak etdi. Məqsəd şagirdlərin dünya görüşünü, riyaziyyat fənninə olan marağını artırmaq, istedadlı şagirdləri üzə çıxarmaqdır. Sonda şagirdlər böyük həvəslə "Bir qalanın sirri" filmini izlədilər.