1 a sinfində açıq dərs
Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə keçirilməkdə olan fənn aylıqları davam edir. Oktyabr ayı məktəbdə ibtidai siniflərin aylığı elan olunmuşdu. Aylıq çərçivəsində oktyabrın 11-də İlhamə Hacıyeva 1a sinfində Azərbaycan dili fənni üzrə "L hərfi və Göbələk nağılı" mövzusunda nümunəvi açıq dərs keçdi.Şagirdlər qrup işi zamanı verilən tapşırıqları yerinə yetirdilər. Göbələk mahnısını ifa etdilər.