Riyaziyyat fənnindən Bilik yarışı
Məktəbin illik fəaliyyət planının 1.1.8 – ci bəndinə uyğun olaraq oktyabr ayında təşkil olunan “İbtidai siniflərin aylığı” çərçivəsində ibtidai siniflər arasında riyaziyyat fənnindən bilik yarışı keçirildi. "Nur", "Elm", "Bilik" adlanan komandalarımız böyük həvəslə və əsil rəqabət hissi ilə müsabiqədə iştirak etdilər. Şagirdlər verilən suallara düzgün və dolğun cavab verdilər. Nur komandası 16 balla yarışın qalibi oldu. Məqsəd istedadlı şagirdləri üzə çıxarmaq, şagirdlərdə riyaziyyat fənninə olan marağı artırmaqdır.Məktəbin tərbiyə işləri üzrə direktor müavini Cəmilə Nuqrəzadənin təşkilatçılığı ilə həyata keçirilən yarışda ibtidai siniflər üzrə təlim-tərbiyə işləri üzrə direktor müavini Zeynəb Vəliyeva, Psixoloq Mehriban Quliyeva ,UBTR Xalidə İbrahimova və sinif müəllimləri iştirak etdilər. Sonda Cəmilə xanım bütün komandalara və sinif müəllimlərinə fəal iştiraklarına görə öz təşəkkürünü bildirdi.