"İki alma"
Quyuya salsan da yaxşılığı, bil,
Yenə qayıdacaq, o itən deyil.
Nizami Gəncəvi “Xeyir və şər”
İbtidai siniflərin fənnlər aylığı çərçivəsində oktyabrın 9-da 3 c sinfində Cəlil Məmmədquluzadənin hekayəsindən “İki alma” mövzusunda sinif müəllimi Esmira Zeynalova açıq dərs keçirdi. O, Azərbaycanın ən böyük xeyriyyəçiləridən olan Hacı Zeynalabdin Tağıyev və Ağa Musa Nağıyev haqqında məlumat verdi. Şagirdlərə xeyirxahlığın,yaxşılığın insanların həyatındakı rolundan bəhs etdi. "Xeyirxahlıq", "Səmimilik", "Əliaçıqlılıq", "Yaxşılıq" və "Dostluq" qruplarına bölünən şagirdlər tədqiqat sualını müzakirə etdilər. Keçirilən açıq dərsdə məqsəd şagirdlərdə xeyirxahlıq,mərhəmətlilik, vətənpərvərlik hisslərini aşılanması və onların cəmiyyətə layiq vətəndaş kimi formalaşmasına təkan verməkdir.