"İnformasiyanın ötürülməsi"
Məktəbimizdə ibtidai siniflərin aylığı davam edir. Maisa Razaxanov 4 i sinfində "İnformasiyanın ötürülməsi" mövzusunda açıq dərs keçirdi.Şagirdlərə informasiyanı qəbul və saxlanma proseslərini,cəmiyyətdə informasiya mübadiləsinin əhəmiyyətini, informasiyanın ötürülməsi prosesini, informasiya texnologiyalarının inkişafı kontekstində ötürülmə vasitələrinin inkişafını nümunələrlə şərh etdi. Kiçik qruplara bölünən şagirdlər informasiyanın ötürülmə vasitələrini müəyyən etdilər, verilən tapşırıqları yerinə yetirdilər. Şagirdlər informasiyanı daha sürətlə, dəqiq və uzaq məsafələrə ötürmək üçün icad olunan texniki qurğular haqqında danışdılar.Müasir zamanda informasiya ötürən vasitələrdən televizor, radio, teleqraf, telefon və kompyuterin əhəmiyyətini açıqladılar. Sonda şagirdlər qruplar üzrə qiymətləndirildi.