"Ədəd oxu"
Oktyabrın 8-də 2 i sinfində Riyaziyyat fənnindən "Ədəd oxu " mövzusunda sinif müəllimi Rəhilə Pirəliyeva tərəfindən açıq dərs keçirildi. Şagirdlər ədəd oxu üzərində 100 dairəsində ədədlərin yerini müəyyənləşdirərək, ədədləri müqayisə etdilər. Şagirdlərə toplama və çıxmanın prinsipini ədəd oxu üzərində hərəkətlə əlaqələndirmə bacarıqlarını formalaşdırmaq və inkişaf etdirmək üçün ədəd oxunun əlverişli vasitə olmasını diqqətə çatdirdı. Dərsdə fəal iştirak edən şagirdlər verilən tapşırıqların öhdəsindən məharətlə gəldilər. Dərs zamanı şagirdlərin ədəd oxuna aid musiqi ifalari dərsi daha da maraqlı etdi. Dərsin gedişatını təlim-tərbiyə işləri üzrə direktor müavini Zeynəb Vəliyeva izlədi və dərsdən razı qaldığını bildirdi.