“Gələcəyini Qur”
BP şirkəti və tərəfdaşların dəstəyi ilə məktəbimizdə “Gələcəyini Qur” layihəsi üçün növbəti seçimlər keçirildi. Artıq 5-ci ildir həyata keçirilən layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin müvafiq ixtisas istiqamətləri üzrə qəbul imtahanlarına əlavə hazırlığını təmin etmək, hərtərəfli fərdi inkişaf istiqamətində onlara dəstək vermək və bununla da Azərbaycan cəmiyyətinə yüksək intellektə malik sağlam düşüncəli gənclər qazandırmaqdan ibarətdir.Layihə şagirdlərin ailəsinin sosial vəziyyəti, onların oxuma həvəsi, bilik və potensialı kimi meyarlar əsasında həyata keçirilir.