"Bitkilərə qulluq qaydaları"

        Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədi ilə məktəbimizdə fənn aylıqları keçirilir. Oktyabr ayı məktəbimizdə ibtidai siniflərin aylığı elan olunub.  Aylıq çərçivəsində 3 oktyabr tarixində məktəbin ibtidai sinif müəllimi Ayşə Rəcəbova 3b sinfində açıq dərs keçirdi. Açıq dərsin mövzusu "Bitkilərə qulluq qaydaları" idi. Açıq dərsdə məktəbimizin direktoru Rəşad Alcanov və təlim-tərbiyə işləri üzrə direktor müavini Zeynəb Vəliyeva iştirak edirdi. Dərsdə əyani vəsaitlərdən, bitkilərə qulluq qaydalarını əks etdirən təsvirlərdən və dərslikdən istifadə olundu.Şagirdlər mövzuya uyğun şəkildə qruplara bölündü.Motivasiyanı qurduqdan sonra müəllimə şagirdlərə tədqiqat sualını təqdim etdi. 4 qrupa bölünən şagirdlərimiz tədqiqat sualı ətrafında müzakirələr apardılar. Sonda Ayşə müəllimə şagirdlərə ətraf mühiti qorumağın hər birimizin borcu olduğunu söylədi, həmçinin vurğuladı ki, hər birimiz ağac əkməliyik ki,okisgen bol olsun və təbiətimiz gözəlliklər diyarı olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi