Rus dili və ədəbiyyatı metodbirləşmə iclası
Ümumtəhsil məktəblərində fəaliyyət göstərən fənn metodbirləşmələrin işi Təhsil Nazirliyinin əmr, sərəncam, təlimat, göstərişi əsasında təşkil edilir. Metodbirləşmələrin vasitəsi ilə hər bir müəllim metodik səviyyəsini yüksəltmək, tədrisin keyfiyyətini yaxşılaşdırmaq, hərtərəfli hazırlıq səviyyəsini artırmaq imkanı əldə edir.
Oktyabrın 2-də rus dili və ədəbiyyatı fənnindən metodbirləşmə iclası keçirildi. Metodbirləşmə rəhbəri Şəfiqə Bağırovanın təşkilatçılığı ilə keçirilən iclasda ötən ildəki görülən işlərdən danışıldı.
Şəfiqə xanım çıxış edərək tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətlərində görüləcək tədbirləri, gənc müəllimələrlə iş, qarşılıqlı dərs dinləmə,açıq dərslərin, dəyirmi masaların təşkili,fənn olimpiyadalarının keçirilməsi, fənn üzrə sinifdənxaric və məktəbdənkənar işlər görülməsi haqqında məlumat verdi.