Məktəbəhazırlıq qruplarının fəaliyyəti

    Oktyabrın 1-dən Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbdə 2018-2019-cu dərs ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb. Dövlət himninin səslənməsiylə başlayan tədbirdən sonra şagirdlər siniflərinə daxil olublar. Məktəbin direktoru məktəbə ilk dəfə qədəm qoyan 5 yaşlıları təbrik edərək şagirdlərimizə uğurlar arzu edib.2018/2019-cu tədris ilində Elmira Həsənov, Ulduz Paşayeva, Məlahət Səfərəliyeva, Gülnarə Qasımova və Maisa Razaxanovanın rəhbərlik etdiyi qruplarda 105 uşaq hazırlıq keçəcək.

         Qrupun təşkilində əsas məqsəd uşaqların dərs prosesinə öncədən alışması, tədrisə hazırlıqlı başlaması və onlarda müəyyən bilik, bacarıq və vərdişlərin formalaşdırılması, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.

          Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Bədii təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələlələri keçirilir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi