“Conversation Club”
Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, dil biliklərini daha da təkmilləşdirməsi və xarici dil biliklərinə yiyələnməsi məqsədilə məktəbin direktoru Rəşad Alcanov məktəbimizdə danışıq klubu (conversation club) təşkil etdi. Danışıq klubunun təşkilində əsas məqsəd danışıq dilini inkişaf etdirmək , dildə olan aksent qüsurlarını aradan qaldırmaq, gənclərin ingilis dilində söz ehtiyatını daha da artırılmasına, istər qrammatik, istər tələffüz səhvlərinin aradan qaldırılmasına, yeni sözlər mənimsəməsinə yardımçı olmaqdır. Danışıq klubunun fəaliyyətə başlaması üçün müsahibə mərhələsi keçirilir. Əsasən 7-11-ci sinif şagirdlərinin iştirak etdiyi müsabiqədə şagirdlərin dil bilik səviyyəsi yoxlanılır. Şagirdlər müsahibə mərhələsində fəal iştirak etdilər.