Valideynlərlə görüş
Sentyabr ayının 28-də məktəb rəhbərliyi və IX sinif şagirdlərinin valideynlərinin iştirakı ilə məktəbin akt zalında iclas keçirilib.
İclasda məktəbin direktoru Rəşad Alcanov çıxış edərək təlim keyfiyyətinin yüksəldilməsində,şəxsiyyətin formalaşmasında məktəb və valideynin rolundan söhbət açdı.Eyni zamanda məktəblə daha sıx əlaqə qurmagın yolları və birgə həyata keçirilməsi zəruri olan mühüm məsələləri qeyd etdi.Şagirdlərin ötən il müxtəlif fənlərdən olan uğur və nöqsanları,2018-2019-cu tədris ilində buraxılış imtahanındakı yeniliklərlə bağlı, tədris ilində görüləcək işlər, təhsil və təlimlə bağlı məsələlər valideynlərin nəzərinə çatdırılıb, tədrisin daha da uğurlu olması üçün valideynlərin qarşısında dayanan vəzifələr müzakirə olunub.Valideynlər çıxış edərək onları narahat edən məsələlərlə əlaqədar suallar veriblər.Direktor verilən bütün sualları cavablandırıb,qarşıda duran əsas vəzifələrin ugurla yerinə yetirilməsi üçün əlindən gələni edəcəyini və bunun üçündə məktəb-valideyn əməkdaşlığının vacibliyini vurğulayıb.