Kitabxana-misilsiz xəzinədir
Kitabxana ümumtəhsil müəssisəsinin struktur bölməsidir.
Şagirdləri və müəllimləri kitabla təmin etmək onun əsas iş prinsipidir. Tədris edilən fənlərin daha yaxşı mənimsənilməsi və biliklərin daha yaxşı möhkəmləndirilməsi məqsədilə kitabxana şagirdlərin sistemli və məqsədli mütaliəsinin təşkil edilməsində əsas rol oynayır.