İngilis dili müəllimləri ilə iclas

25 sentyabr tarixində ingilis dili fənni üzrə metodbirləşmə rəhbəri və sinif müəllimləri ilə  məktəbin direktoru Rəşad Alcanov iclas keçirdi. Iclasda 2018-2019-cu tədris ilində ingilis dili fənninin tədrisi üzrə qarşıya qoyulan məqsədləri və onların həyata keçirilməsi üçün görüləcək tədbirləri müzakirə etdilər.

Şagirdlərdə ingilis dili fənnindən oxuyub-yazma,dinləmə-danışıq(Reading-Writing-Speaking-Listening skills) bacarıqlarının inkişafı haqqında təkliflər dinlənilib.Məruzə mövzuları,tematik planlaşdırmalar,açıq dərslər və dərslərdə qarşılıqlı iştirak, onların keçirilməsi haqqında müzakirələr, təkliflər ,qiymətləndirmə və tapşırıqlar haqqında fikir mübadiləsi aparıldı.Fənn müəllimləri hər biri çıxış edərək öz fikirlərini bildirdilər.

Direktorun göstərişi ilə linqafon otaqlarının daha çox istifadəsi və danışıq klubunun təşkili haqqında yeni fikir irəli sürüldü. Sonda məktəbin direktoru cari ilin buraxılış imtahanındakı yeniliklərdən söz açdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi