Məktəbdaxili nizam intizam
Bu gün məktəbdə güvənilən mühitin yaradılması, şagirdlərdə, kollektivdə məsuliyyəti inkişaf etdirmək vacib amil hesab edililir. Ənənəvi olaraq hər gün şagirdlər məktəbin həyətində sıraya düzülərək dövlət himnini oxuduqdan sonra məktəbin direktoru Rəşad Alcanov , təlim-tərbiyə işləri üzrə direktor müavini Natəvan Əliyeva və sinif müəllimlərinin müşayəti ilə öz siniflərinə daxil olurlar. II növbəli rejimdə fəaliyyət göstərən məktəbimizdə növbətçilik cədvəlinə xüsusi diqqət yetirilir . Növbətçi müəllimlər tərəfindən şagirdlər tənəffüs boyunca nəzarətdə saxlanılır.Hər gün nizam-intizam qaydalarına uyğun olaraq məktəbli formaları yoxlanılır.Şagirdlərin məktəbə məktəbli formasında gəlmələrinə xüsusi diqqət yetirilir və bu işlə məktəbin tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Cəmilə xanım Nuqrəzadə və Uşaq Birliyi Təşkilatının rəhbəri Xalidə xanım İbrahimova məşğul olurlar.