Bəxtiyar Vahabzadə "Beş qiyməti"

        Məktəbin ibtidai sinif müəllimi Elmira Həsənovanın təqdimatında Bəxtiyar Vahabzadənin "Beş qiyməti" şeirinə həsr olunmuş Azərbaycan dili dərsi keçirildi.Elmira Həsənova şairin həyatından,yaradıcılığından bəhs etdi,şairin şeirlərindən misralar söylədi.

 "Beş" rəqəminə uyğun motivasiya quraraq şagirdlərlə birgə şeirin təhlilini aparıb,bağbanla şagirdin çəkdiyi əziyyəti fərqləndirdi.Təhlil zamanı şeirin xarakterik xüsusiyyətini açıqlayıb,şagirdlərin yazdıqları kiçikhəcmli inşalarını dinlədi.Şagirdlər şeiri öz jest və mimikalarına uyğun intonasiya ilə oxudular.

 Sonda şeiri əzbərdən söylədilər.

Şairin şerdə vurğuladığı kimi bu gün şagirdlərimizin alın təri ,zəhmətləri ilə aldıqları beş və dörd qiymətləri onların gələcək həyat yolunu işıqlandıracaq.Gözəl və motivasiyaedici dərs üçün Elmira Həsənovaya təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi