Beynəlxalq Sülh Günü

 

    Sülh-bərabərlik, əmin-amanlıq,azadlıq,dinclik və ədalətdir.

BMT-nin Nyu-Yorkdakı Baş qərargahında yerləşən "Sülh zəngi"nin çalınması ilə başlayan Beynəlxalq Sülh günü
1981-ci ildə BMT tərəfindən təsis edilmişdir. Beynəlxalq Sülh Günü — 21 sentyabr tarixində dünyanın 192 ölkəsi ilə birlikdə o cümlədən, Azərbaycanda da qeyd edilir. Bu münasibətlə hər il ölkəmizdə silsilə tədbirlər keçirilir.

Sentyabrın 21-də məktəbimizdə də Beynəlxalq Sülh gününə həsr olunmuş rəsm müsabiqəsi keçirildi. Məktəbimizin UBTR-i Xalidə İbrahimova və psixoloqu Mehriban Quliyevanın təşkilatçılığı ilə müsabiqədə VI ,VIII sinif şagirdləri fəal iştirak etdilər. Şagirdlərimiz Sülh haqqında təsəvvürlərini çəkdikləri rəsmlərdə əks etdirdilər.

Məqsəd şagirdlərə 21 sentyabr Sülh günü ilə bağlı məlumat vermək və şagirdlərə vətənə məhəbbət aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi