Tədris ilinin ilk "pedoqoji şura"sı
Yeni tədris ilində məktəbimizə Təhsil Nazrinin əmri ilə Alcanov Rəşad İdris oğlu direktor təyin olundu. Sentyabrın 14-də məktəbdə tədris ilinin ilk pedoqoji şurası keçirildi. İclasda ötən tədris ilinə dair təlim-tərbiyə işləri üzrə direktor müavini Əliyeva Natəvanın çıxışı dinlənildi. Pedoqoji şurada yay –tədris tapşırığına qalan və sinifdə qalan şagirdlər haqqında, növbətçilik haqqında, çatışan və çatışmayan dərs vəsaitləri və məktəbdaxili nizam-intizam qaydaları barədə məsələlər müzakirə edildi.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məlikova Rəhilə yaş həddi ilə əlaqədar təqaüdə çıxdığına görə kollektivlə vidalaşdı.
Məktəbin direktoru təhsil nazirinin 14 avqust 2018-ci il F-550 nömrəli əmri haqqında çıxış edərək dedi ki, yeni dərs ilinin ilk dərs məşğələsi ibtidai siniflərdə “Vətənim Azərbaycan” , V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu” , X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunsun,məktəbdə hər iş həftəsinə pedoqoji və şagird heyəti tərəfindən Azərbaycan Dövlət Himninin ifası ilə başlanılsın.