Şanlı Azərbaycan
Mayın 25-də məktəbin tarix müəllimi Nuridə Nəcəfovanın təqdimatında AXC-nin 100 illik yubileyinə həsr olunmuş "Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!" adlı açıq dərs keçirildi.Açıq dərsdə şagirdlər hər biri çıxış etdi.
Azərbaycanın həmin tarixdə əldə etdiyi bütün nailliyətlərdən söhbət açdılar. 28 may 1918-ci ildə Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Video çarxda Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşovun həyat fəaliyyəti nümayiş etdirildi.